03.05.24 | Bakı 17.03° C |
20:05:39
Lent :

Bu gün toyları olacaqdı - Heç biri həyatda deyil...

16:00 23.04.2024
HADİSƏ
ads

Aprelin 22-də Qəbələdə 20 yaşlı qız intihar edib.

Publika.az xəbər verir ki, rayonun Bum qəsəbəsində yaşayan 2004-cü il təvəllüdlü Bəhruzə Quliyeva özünü tövlədə asaraq həyatına son qoyub.

Bildirilib ki, B.Quliyevanın nişanlısı Qəbələnin Xırxatala kənd sakini 1991-ci il təvəllüdlü Rəşad Əlizadə bu ilin 16 martında Ağdaşda yük maşınlarının toqquşduğu ağır yol qəzasında həlak olub. Yol-nəqliyyat hadisəsi zamanı daha 2 nəfər də dünyasını dəyişib.

Həmin qəzadan əvvəl isə aprelin 23-nə, yəni bugünkü tarixə Rəşadla Bəhruzənin toyu təyin edilibmiş. Bəhruzənin nişanlısının yanında, Cığatelli kəndində dəfn olunacağı bildirilib.

Oxu.az-ın məlumatına görə, intihar edən qızın qardaşı - Bəhruz Quliyev 1992-ci ildə şəhid olub. Qardaşı şəhid olduğuna görə onun adını yaşatması üçün bacısına Bəhruzə adını veriblər. Ailənin yaşadığı küçə də məhz şəhid Bəhruz Quliyevin adını daşıyır.

Faktla bağlı araşdırma aparılır.


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    115 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    17.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az