17.05.24 | Bakı 13.03° C |
15:05:54
Lent :

“Həddindən artıq doza”dan ölüm epidemiyası: ABŞ-ın bu ştatında dəhşət yaşanır

18:00 02.05.2024
HADİSƏ
ads

Texasın paytaxtı Ostinin səlahiyyətliləri bütün şəhərə yayılan narkotikdən ölüm halları ilə bağlı araşdırma aparır.

Publika.az xəbər verir ki, təcili yardım bölməsi və polis departamenti narkotiklərlə əlaqəli dördü ölüm olmaqla, həddindən artıq şübhəli bilinən ümumilikdə 51 zəng qəbul ediblər.

Polisin sözlərinə görə, həddindən artıq dozadan ölənlərin kimliyi müəyyən edilməyib, lakin onların yaşları 30-50 arasında dəyişir.

Təcili yardım xidmətinin rəhbəri Angela Carr bildirib ki, zənglər əvvəlcə şəhərin mərkəzində gəlib. Sonra şəhərin hər yerindən, o cümlədən yaşayış, iş yerlərindən və ictimai yerlərdən də zənglər gəlməyə başlayıb:

“Dərhal bölgəyə bir komanda göndərilib. Həmin şəxslərə həddindən artıq dozanın aşılması proqnozu qoyulub. Həddindən artıq narkotik qəbulundan ölən amerikalıların sayı rekord həddə çatıb. Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin müvəqqəti məlumatlarına görə, 2022-ci ildə həddindən artıq dozanın aşılamsından 108,000 ölüm hadisəsi baş verib ki, bu da 2021-ci ildə qeydə alınan 107,000 həddindən 1 faiz çoxdur”.

Texas Dövlət Səhiyyə Xidmətləri Departamentinin müvəqqəti məlumatlarına görə, 2022-ci ildə Texasda narkotik zəhərlənməsindən ölüm halları hər 100.000 nəfərə 15,4-ə çatıb ki, bu da 2011-ci ildən bəri ən yüksək göstəricidir.

Aysel Şahmar


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    116 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    13.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az