29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Bir ailəni məhv etmək istəmişdi

16 fev 2024 10:00
HADİSƏ
ads

Ötən ilin fevral ayında Şəmkirdə qonşuluqda yaşayan şəxsin evinə daxil olaraq 3 nəfəri bıçaqlayan 1990-cı il təvəllüdlü Fuad Məmmədovun məhkəməsi başa çatıb.

Publika.az "qafqazinfo"ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində fevralın 1-də keçirilən prosesdə qəsdən adam öldürməyə cəhddə və mənzil toxunulmazlığını pozmada ittiham edilən F.Məmmədovun cinayəti törədərkən anlaqsız olması bildirilib. Əvvəllər dəfələrlə psixiatrik xəstəxanada müalicə olunan şəxs cinayət məsuliyyətindən azad edilib.

Cinayət Məcəlləsinin 29,120.2.4, 29,120.2.7, 29,120.2.9, 157.1-ci maddələri üzrə təqsirli bilinən gəncin paranoid şizofreniya diaqnozu ilə ixtisaslaşmış psixiatrik xəstəxanada məcburi müalicəyə göndərilməsi barədə qərar çıxarılıb.

Qeyd edək ki, hadisə 2023-cü ilin fevralın 24-ü gecə saat 01 radələrində qeydə alınıb. Belə ki, Fuad gecə qonşunun evinə qanunsuz daxil olaraq 1968-ci il təvəllüdlü Natiq Abbasov, onun 1972-ci il təvəllüdlü həyat yoldaşı Sevda Abbasova və nəvələri olan 2014-cü il təvəllüdlü qızı bıçaqlayıb. Çoxsaylı xəsarətlər alan şəxslər xəstəxanaya çatdırılıb.

Hadisə Abbasovlar ailəsi yatdığı zaman baş verib.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur