Bakıda “Həsi Aslanov” metrostansiyasının yaxınlığında, Xudu Məmmədov 29/42 ünvanında yerləşən "Şərur" MTK-a məxsus yaşayış binasında liftin trosu qırılıb.
Publika.az xəbər verir ki, nəticəsində içində 8 nəfər olan lift kabini yerə çırpılıb. Kabindəkilər ağır xəsarət alıblar.
Əraziyə təcili və təxirəsalınmaz tibbi yardım briqadaları cəlb olunub.