17.05.24 | Bakı 14.03° C |
11:05:54
Lent :

"TikTok" Rusiyada yenidən qismən BLOKLANDI

00:00 03.05.2024
GÜNDƏM
ads

Qısa videolara baxmaq üçün tətbiq edilən "TikTok" Rusiyada yenidən bloklanıb.

Publika.az xəbər verir ki, bu barədə "Shot" "Telegram" kanalı məlumat yayıb.

Bildirilib ki, əsas ekranda məhdudiyyətlər haqqında simvol görünür. Bunun nə ilə əlaqəli olduğu hələ məlum deyil.

Mayın 2-də axşam saatlarında TikTok tətbiqinin Rusiyada iOS və Android mobil əməliyyat sistemlərinin istifadəçiləri üçün tam işlək olduğu bildirilmişdi.

Qeyd edək ki, 2022-ci ilin martında da "TikTok" sosial şəbəkəsi Rusiyada fəaliyyətini dayandırıb. Səbəb Rusiya Silahlı Qüvvələri haqqında qanunun pozulmasına görə cinayət məsuliyyətini nəzərdə tutan, qüvvəyə minmiş saxtakarlıq haqqında qanun idi. Xidmətin nümayəndələri işi dayandırmaq qərarına münasibət bildirib və onların ən yüksək prioritetinin işçilərin və istifadəçilərin təhlükəsizliyi olduğunu vurğulayıblar.

Hüseyn İbadlı


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    116 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    14.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az