18.05.24 | Bakı 11.03° C |
08:05:44
Lent :

Qəbul üçün 78 mindən çox qeydiyyat - Ən çox bu qruplardadır

13:50 04.05.2024
ELM VƏ TƏHSİL
ads

I-IV ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlər üçün qeydiyyatın bitməsinə 2 gün vaxt qalıb.


QÜTB.AZ-ın Dövlət İmtahan Mərkəzindən əldə etdiyi məlumata görə, indiyədək 78 mindən çox abituriyent qeydiyyatdan keçib.


Məlumata görə, ən çox qeydiyyat I ixtisas qrupundadır. 27615 nəfər bu qrup üzrə müraciət edib.


II ixtisas qrupu üzrə 22074 nəfər, III qrup üzrə 23329 nəfər, IV qrup üzrə isə 5592 nəfər qeydiyyatdan keçib. 


Qeydiyyatdan keçənlərin böyük hissəsini - 70822 nəfəri Azərbaycan bölməsi, 7788 nəfərini isə rus bölməsi üzrə müraciət edənlər təşkil edir.


Kolleclər üçün qeydiyyatdan keçənlərin sayı 98 minə yaxındır.

 

Qeyd edək ki, qeydiyyat 6 may saat 23:59-da başa çatacaq.



TEGLƏR
Müəllif : Şəmsiyyə Cəfərquluzadə
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    116 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    11.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az