İranın xilasetmə qrupları türk pilotsuz uçuş aparatının aşkar etdiyi istilik mənbəyinin olduğu yerə çatsa da, İran Prezidenti İbrahim Rəisinin sərt eniş edən helikopterindən əsər-əlamət tapmayıblar.
Publika.az xəbər verir ki, bu barədə "Press" TV məlumat yayıb.
Daha əvvəl Türkiyə “Akıncı” PUA-sı Raisiyə məxsus helikopterin qalıqları ola biləcəyi ehtimal edilən istilik mənbəyi aşkar etmişdi.
İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pir Hüseyn Kolivəndi bildirib ki, bu ərazi İranın Tavil kəndi yaxınlığında, Azərbaycanla sərhəddən 30 km aralıda yerləşir.