17.03.25 | Bakı 12.03° C |
10:06:25
Lent :

Azərbaycandakı yol qəzalarının statistikası: 764 ölü, 1188 yaralı

19 fev 2025 13:00
HADİSƏ
ads

2024-cü ildə 1427 və ya 2023-cü illə müqayisədə 12,8 faiz az yol-nəqliyyat hadisəsi baş verib, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 12,4 faiz azalaraq 1952 nəfər olub. Onlardan 764-ü həlak olub, 1188-i isə yaralanıb.

Bu barədə Qutb.az-a Dövlət Statistika Komitəsindən verilən məlumatda bildirilib.

Hadisələrin 40,2 faizi gündüz, 38,4 faizi gecə, 21,4 faizi isə toran vaxtı baş veribş, 29,7 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Yol-nəqliyyat hadisələrinin 86,8 faizi yaşayış məntəqələrində baş verib, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilə nisbətən 12,1 faiz azalaraq 559 nəfər, yaralananların sayı isə 14,1 faiz azalaraq 1116 nəfər olub.

Bütün yol-nəqliyyat hadisələrinin 37,9 faizi bir neçə nəqliyyat vasitəsinin, 41,1 faizi nəqliyyat vasitələrinin və piyadaların, 21,0 faizi isə bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib. Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 76,6 faizini, yaralananların isə 71,3 faizini kişilər təşkil edib.

Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 19 hadisə baş verib, nəticədə 10 nəfər həlak olub, 15 nəfər yaralanıb. Hadisələrin 16-sı minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.


 

Teglər
Müəllif : Sadıq Abdullayev
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Bakı  ( 17.03.2025 )
Ad
Bugün
Sabah
Imsak
05:19
05:17
Sübh
05:29
05:27
Gün çıxır
06:49
06:47
Zöhr
12:49
12:49
Əsr
16:11
16:11
Gün batır
18:49
18:50
Məğrib
19:06
19:07
İşa
19:59
20:00
Bütün siyahıya bax
Səsvermə
Saytımızı bəyəndiniz?
148 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
12.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur