2023-cü ilin yanvar-sentyabr aylarında Amerika Birləşmiş Ştatlarından Qazaxıstana turist axınının artımı 54% təşkil edib.
Publika.az xəbər verir ki, bu barədə Respublika Turizm və İdman Nazirliyindən məlumat verilib. Qazaxıstana 28 min ABŞ vətəndaşının səfər etdiyi bildirilir. 2022-ci ilin eyni dövrü üçün ABŞ-dan gələn turistlərin sayı 18 min nəfər təşkil edib.
Qazaxıstana gələn turistlərin sayına görə Rusiya birinci yerdədir: Rusiya Federasiyasının 357 min vətəndaşı respublikaya səfər edib. Həmçinin ilk üçlükdə Çin və Türkiyə də yer alıb – müvafiq olaraq 75 və 41 min ziyarətçi.
Tural