Şəki şəhərində 62 yaşlı kişi sirkə turşusu içərək intihar edib.
QÜTB.AZ xəbər verir ki, hadisə Salman Mümtaz küçəsində baş verib.
Belə ki, həmin ünvanda yaşayan 1962-ci il təvəllüdlü İslamov Şəmsəddin Mahmud oğlu yaşadığı evdə sirkə turşusu içib.
O, xəstəxanaya aparılsa da, orada dünyasını dəyişib.
(Qafqazinfo)