Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnının istefasına səbəb onun ABŞ müşavirlərinin yayda əks-hücum əməliyyatı keçirməklə bağlı tövsiyələrinə əməl etməkdən imtina etməsi olub.
Publika.az xəbər verir ki, bu barədə “Politico” amerikalı hərbi mənbəyə istinadla yazır .
Nəşrin yazdığına görə, Zalujnı ilə Pentaqon arasında hücumun necə həyata keçiriləcəyi ilə bağlı ciddi fikir ayrılıqları olub.
Nəşrin yazdığına görə, Zalujnı ilə Pentaqon arasında “hücumun necə həyata keçiriləcəyi ilə bağlı ciddi fikir ayrılıqları olub.
Qeyd olunur ki, ABŞ müdafiə nazirliyi Ukrayna Silahlı Qüvvələrinin amerikalı qərargah zabitlərinin mümkün hesab etdiyi istiqamətdə "bir güclü irəliləyiş" həyata keçirməsində israr edib. Bununla belə, Ukrayna qoşunları bunun Rusiya ordusunun müxtəlif məntəqələrə əlavə qüvvə göndərməsini çətinləşdirəcəyinə inanaraq bir neçə istiqamətdə hücuma keçib.
"Bir neçə həftəlik mübahisədən sonra məlum oldu ki, ukraynalılar Birləşmiş Ştatlardan ümumiyyətlə məsləhət almaq istəmirlər, onlar qərara gəliblər ki, ABŞ ordusunun onlara məsləhət baxımından təklif edəcəyi heç nə yoxdur", - "Politico" məqaləsində deyilir.
Xəbərin müəllifləri Zalujnının "Rusiya ilə müharibənin dalana dirənib" sözlərini də xatırlayıblar. "Politico" qeyd edib ki, bu, Ukrayna prezidenti Volodimir Zelenski və onun müşavirlərinin “sərt töhmətinə” səbəb olub .
Bundan əvvəl Berlindəki Elm və Siyasət Fondunun tədqiqatçısı , ehtiyatda olan alman polkovniki Volfqanq Rixter Zelenski ilə Zalujnı arasında münaqişənin itirilmiş ərazilər və silahlı qüvvələrin imkanları səbəbindən baş verdiyini irəli sürmüşdü .
Fevralın 8-də Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko Valeri Zalujnının Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı vəzifəsindən azad edildiyini açıqlayıb .
Zelenski general-polkovnik Aleksandr Sırskinin Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanı təyin edildiyini də elan edib.
Hüsey İbadlı