29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Yevlaxda içməli su şəbəkəsinin yenidən qurulması davam etdirilir

06 fev 2024 12:00
GÜNDƏM
ads

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Yevlax şəhərinin içməli və tullantı su infrastrukturlarının yenidən qurulması layihəsinin icrası davam etdirilir.

Publika.az bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, qurumun icra etdiyi layihənin I mərhələsində şəhəri dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək üçün müasir sutəmizləyici qurğu inşa edilib, şəhər ərazisində içməli su şəbəkəsinin yenidən qurulmasına başlanılıb.

Yevlax şəhərini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək üçün Kür çayının sahilində məhsuldarlığı sutkada 20 min kubmetr olan qumsüzgəc texnologiyalı sutəmizləyici qurğular kompleksi inşa edilib. Kompleksdə nasos stansiyası, 5 ədəd radial sudurulducu, 16 ədəd qumsüzgəci tikilib. Layihənin ilkin mərhələsində ümumi həcmi 2500 kubmetr olan 2 içməli anbarının və 2,6 km magistral su kəmərinin inşası başa çatdırılıb. Kür çayından nasoslar vasitəsilə götürülən su əvvəlcə xam su anbarına, daha sonra radial durulduculara ötürülür və çökdürülür. Növbəti mərhələdə qum süzgəclərdən keçən su zərərsizləşdirilərək təmiz su anbarına toplanır və yeni magistral kəmərlə şəhərin mövcud içməli su şəbəkəsinə verilir. Hazırda sutəmizləyici qurğu sınaq rejimində istismar olunur. 2023-cü ildə Yevlax şəhərinin yeni içməli su şəbəkəsinin də tikintisinə başlanılıb. Ötən müddətdə 28 km paylayıcı şəbəkə inşa edilib. Yeni şəbəkədən abonentlərə ev birləşməsi verilərək sayğaclar quraşdırılıb. Şəhərin içməli və tullantı su şəbəkələrinin tamamilə yenidən qurulması layihənin növbəti mərhələlərində həyata keçiriləcək.

Yevlax şəhərinin içməli su şəbəkəsinin yenidən qurulması işləri 2024-cü ildə də davam etdiriləcək. Ümumilikdə layihə çərçivəsində Yevlax şəhərində 135 km içməli, 115 km uzunluğunda tullantı su şəbəkəsi yaradılacaq. Şəhərdə yaranacaq tullantı sularının təmizlənib kənarlaşdırılması məqsədilə məhsuldarlığı sutkada 12500 kubmetr olan tullantı sutəmizləyici qurğunin inşası da nəzərdə tutulur. Layihənin icrasından 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla 70 min nəfər sakin faydalanacaq.

Yevlax şəhərində mövcud olan içməli və tullantı su təchizatı sistemləri 1950-1970-ci illərdə yaradılıb. Mövcud içməli su şəbəkəsi şəhərin 60 %-ni, tullantı su şəbəkəsi isə cəmi 20 %-ni əhatə etməklə istismara yararsız vəziyyətə düşüb.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur