Rusiya ilə Türkiyə arasında hələ də həll olunmamış çoxlu problemlər var, lakin onların nizamlanması üçün siyasi iradə də mövcuddur.
Publika.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə deyib.
“Əlbəttə ki, liderlərin görüşündə ticarət-iqtisadi qarşılıqlı fəaliyyətin müxtəlif aspektlərinə toxunulacaq”, - deyə o qeyd edib.
Danışıqlar uzun sürəcək, Ukraynadakı vəziyyət də müzakirə olunacaq.
Tərəflər həmçinin Vladimir Putinin Türkiyəyə gözlənilən səfərini də müzakirə edəcəklər. Peskov əlavə edib ki, Rusiya liderinin səfəri qrafik razılaşdırıldıqdan sonra baş tutacaq.
Qeyd edək ki, Putin Ərdoğanla sonuncu dəfə 2023-cü ilin sentyabrında görüşüb, bundan sonra siyasətçilər bir neçə dəfə telefonla danışıblar.
Adəm Abbaslı