Yaponiyanın baş naziri Fumio Kişida və Ukrayna prezidenti Vladimir Zelenski “Yeddilik” (G7) sammiti çərçivəsində təhlükəsizlik sazişi imzalayıblar.
Publika.az xəbər verir ki, bu barədə Ukrayna lideri "X" sosial şəbəkəsində məlumat verib.
“2024-cü ildə Yaponiya Ukraynaya 4,5 milyard dollar verəcək və müqavilənin bütün 10 illik müddəti ərzində bizi dəstəkləməyə davam edəcək”, - deyə Zelenski yazıb.
O bildirib ki, saziş ölkələr arasında texniki və maliyyə əməkdaşlığını, habelə Yaponiyadan müdafiə sənayesində humanitar yardım və dəstək almağı nəzərdə tutur. Sənəddə anti-Rusiya sanksiyalarının tətbiqi də nəzərdə tutulur.
Hüseyn İbadlı