28.12.24 | Bakı 9.03° C |
10:06:25
Lent :

Vuçiçdən gözlənilməz açıqlama: "Bayraktar TB2"-ləri vuracağıq!

05 iyl 2024 10:00
GÜNDƏM
ads

Hindistan və Yunanıstandan sonra "Bayraktar TB2" PUA-lar üçün yeni bir təhlükə yaranıb.

Publika.az xəbər verir ki, Serbiya prezidenti Aleksandar Vuçiç Kosovonun keçən il aldığı TB2 PUA-larının 5 və 20 iyun tarixlərində Serbiya yaxınlığında uçduğunu bildirib. O, həmin puaların Serbiyanı izlədiyini iddia edərək onları vurmaqla hədələyib.

Vuçiç uçuşun baş verdiyi ərazinin NATO-nun Kosovo Sülh Qüvvələrinin (KFOR) nəzarətində olan ərazi olduğunu bildirib. O, həmin əraziyə hörmətlə yanaşdıqlarını da qeyd edib.

Kosovo müdafiə naziri Maqedonci isə yerli mətbuata açıqlamasında Vuçiçin açıqlamalarının həqiqəti əks etdirmədiyini iddia edib:

"Bizim Kosovo təhlükəsizlik qüvvələrinin tərkibində "Bayraktar" PUA ilə işləyən pilotsuz aviasiya sistemləri bölməmiz var. Əməliyyatlar isə Kosovo Respublikasının ərazisində heç bir qonşu ölkəyə casusluq etmək və ölkələrin hava məkanını pozmaq niyyəti olmadan həyata keçirilir".

Roza Şəfiyeva


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur