Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Moskvanın Ukraynadakı vəziyyətlə bağlı danışıqlara hazır olduğunu bəyan edib.
Publika.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Kreml nümayəndəsinin sözlərinə görə, Qərb mətbuatında Rusiyanın Ukrayna ilə sülh danışıqlarına hazır olmadığı barədə məlumatların yayılması düzgün deyil.
“Xeyr, bu yanlışdır. Biz hazır olmağımızla bağlı müxtəlif ölkələrdən gələn müraciətlərə cavab veririk, deyirik ki, əvvəldən hazır idik və bu danışıqları dayandıran biz deyildik.
İndi də hazırıq, amma danışmağa heç kim yoxdur, çünki Ukrayna tərəf ruslarla danışıqlar aparmağı özünə qadağa qoyub”.
Tural