Rusiyanın xarici işlər naziri Sergey Lavrov Latın Amerikasına səfəri çərçivəsində Kubaya gedib.
Publika.az xəbər verir ki, nazir və onu müşayiət edən nümayəndə heyəti paytaxt Havanadakı İnqilab sarayında prezident Migel Diaz-Kanel tərəfindən qəbul edilib.
Kanel Rusiya prezidenti Vladimir Putinə sevgi dolu salamlarını çatdırdığını bildirib: "İki ölkə arasındakı münasibətlərə dinamizm gətirmək üçün ortaq maraq doğuran mövzular və beynəlxalq gündəmlə bağlı fikir mübadiləsi apardıq".
Lavrov həmkarı, xarici işlər naziri Bruno Rodriges ilə görüşündə ABŞ-ın Kubaya tətbiq etdiyi qeyri-qanuni iqtisadi, ticarət və maliyyə blokadasını pisləyib və ada ölkəsinə qarşı tətbiq edilən rüsvayçı siyasətə son qoyulmasını istəyib .
Kubanı terrora dəstək verən ölkələr siyahısından çıxarmağa çağıran Lavrov Vaşinqton administrasiyasının Kubaya qarşı birtərəfli və mənasız siyasət yürütdüyünü bildirib.
Lavrov Kubanın xarici işlər naziri Rodrigesi Rusiyaya dəvət edərək, iki ölkə arasında əldə olunan razılaşmaların hüquqi əsasa qoyulması üçün iqtisadi, ticarət və texniki əməkdaşlıq komissiyasının birgə fəaliyyət göstərməsinin vacibliyini xatırladıb.
Roza Şəfiyeva