Rusiyada avtomobili partlatmaqda şübhəli bilinən şəxsin Türkiyədə tutulduğu anların görüntüləri yayılıb.
Publika.az həmin görüntüləri təqdim edir:
***
Rusiyada avtomobili partlatmaqda şübhəli bilinən şəxs Türkiyədə tutulub.
Publika.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.
Nazirin sözlərinə görə, həmin şəxs Bodrumda tutulub.
“Bu gün İnterpolun Rusiya bölməsindən İnterpolun Türkiyə bölməsinə müraciət olunub. Bildirilib ki, Rusiya vətəndaşı Yevgeni Serebryakov adlı şəxs Moskvada terror aktı törədərək, avtomobili partladıb. Partlayış nəticəsində iki nəfər yaralanıb.
Rusiya tərəfi bildirib ki, avtomobilə partlayıcı qurğu yerləşdirən şəxs Moskva-Bodrum təyyarəsi ilə bizim ölkəmizə gəlib. Həmin şəxs polis tərəfindən Bodrumda tutulub”, - deyə nazir bildirib.
***
Bu gün Moskvada avtomobili partladan şəxsin Türkiyəyə qaçdığı məlum olub.
Publika.az xəbər verir ki, bu barədə "Shot" "Telegram" kanalı məlumat yayıb.
Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov kanala deyib ki, şübhəlinin ekstradisiya olunması istiqamətində Türkiyə ilə iş görülür.
Qeyd edək ki, bu gün səhər saatlarında Moskvada "Toyota Land Cruiser" markalı avtomobil partladılıb. Partladılan avtomobil Andrey Torqaşov adlı hərbçiyə məxsus olub.