Xəbər verdiyimiz kimi, Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədlər siyahısında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun adı yer almayıb.
Publika.az Teleqraf.com-a istinadla xəbər verir ki, onun əvəzinə 1 saylı Şərur-Sədərək Seçki Dairəsindən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərovun namizədliyi irəli sürülüb.