Ukrayna Silahlı Qüvvələri Sumı vilayəti ilə sərhəddə rus qoşunlarına qarşı ABŞ silahlarından istifadə edə biləcək.
Publika.az xəbər verir ki, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan PBS telekanalında Ukrayna ordusunun müvafiq səlahiyyətlərinin genişləndirilməsi barədə məlumat verib.
“Bu, Rusiya qoşunlarının Ukrayna ərazisini işğal etməyə cəhd edərək Rusiya tərəfdən Ukrayna tərəfinə keçdiyi bütün yerlərə şamil edilir”, - deyə o bildirib.
Sallivan qeyd edib ki, Vaşinqton Rusiya ərazisində yerləşən Rusiya Silahlı Qüvvələrinin artilleriya və digər vasitələri ilə Ukrayna qoşunlarına hücuma icazə verir. Sallivan vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələrinin də Rusiya səmasında təyyarələri vurmaq hüququ var.
Cəmilə