17.03.25 | Bakı 12.03° C |
10:06:25
Lent :

PKK qurultay keçirəcək - Özünü buraxacaq

09 mar 2025 16:00
DÜNYA
ads
Advertisement

PKK terror təşkilatının yaxın bir ay ərzində qurultay keçirəcəyi və özünü buraxacağı gözlənilir.

 

Qutb.az “Sabah”a istinadən xəbər verir ki, qurultayın İraqın Süleymaniyyə və ya Ərbil şəhərlərində keçiriləcəyi ehtimal edilir.

 

İclasda təşkilatın xeyli sayda üzvü iştirak edəcək. Qurultayın keçiriləcəyi yerdə təhlükəsizliyi İraq təmin edəcək.

 

Qeyd edilir ki, terror təşkilatının narkotik vasitələr, silah və insan alverindən 40 milyard dollar məbləğində sərvəti var. PKK-nın bəzi üzvlərinin bu qazancdan əl çəkmək istəmədikləri üçün silahlarını yerə qoymaq məsələsində müqavimət göstərə biləcəyi güman edilir. 

 

Eyni zamanda bildirilir ki, təşkilat ləğv olunandan sonra silahlar yığılacaq. Bunun üçün xüsusi mexanizmin yaradılması gözlənilir. Terrorçuların Suriya qanadının silahları təslim etməsi xüsusilə əhəmiyyətlidir.

 

Qeyd edək ki, PKK terror təşkilatının həbsdə olan lideri Abdullah Öcalan fevralın 27-də tərəfdarlarına təslim olmaqla bağlı çağırış edib.

Teglər
Müəllif : Sadıq Abdullayev
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Bakı  ( 17.03.2025 )
Ad
Bugün
Sabah
Imsak
05:19
05:17
Sübh
05:29
05:27
Gün çıxır
06:49
06:47
Zöhr
12:49
12:49
Əsr
16:11
16:11
Gün batır
18:49
18:50
Məğrib
19:06
19:07
İşa
19:59
20:00
Bütün siyahıya bax
Səsvermə
Saytımızı bəyəndiniz?
148 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
12.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur