Təmir-bərpa işləri ilə əlaqədar Qobustan və Quba rayonunun bəzi hissələrində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Publika.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilir ki, “Qobustan 5-6-cı massiv” ölçü qovşağında təmir-quraşdırma işləri aparılacaq. Bu səbəbdən iyulun 15-i saat 11:00-dan 13:00-dək “Qobustan” QPS-dən qidalanan “Qobustan 5-6-cı massiv” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır. Qaz təchizatı dayandırılan müddətdə Qobustan Bağlar yaşayış massivinin və 5,6,7–ci massivlərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Həmçinin Quba rayonunun 1-ci Nüqədi kəndində orta təzyiqli qaz kəmərində aparılacaq təmir, 2-ci Nüqədi kəndində isə yeni çəkilmiş qaz xəttində quraşdırma işləri səbəbindən iyulun 15-i saat 09:30-dan etibarən işlər tamamlanana qədər qaz təchizatının dayandırılması planlaşdırılıb.
Qaz təchizatı dayandırılan müddətdə Quba rayonunun 17 yaşayış məntəqəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.