İrlandiyalı jurnalist Chey Bowes bildirib ki, Qərb mediası heç vaxt real vəziyyəti, Ukraynada baş verənləri, istər yüz minlərlə ölü əsgərin, istərsə də uğursuz müharibədə Qərb silahlarının kütləvi şəkildə məhv edilməsi barədə məlumat vermir.
Publika.az xəbər verir ki, jurnalist bunu öz "X" sosial şəbəkəsində paylaşıb.
Bowes misal olaraq yeni çəkilən bir videonu göstərərək, "dünən 150 milyon dollarlıq alman vergi ödəyicisi Ukraynada boş yerə getdi" yazısına əlavə edib.
“Bu, Voloskoye kəndi yaxınlığında Almaniya istehsalı olan daha bir IRIS-T zenit-raket kompleksinin məhv edilməsinin görüntüləridir. Rusiyanın “İskəndər” raketləri IRIS-T hava hücumundan müdafiə raket buraxılış qurğusu və onun TRML-4D radarından ibarət bütün kompleksi tamamilə məhv etdi – bunlar Zelenskinin Avropa İttifaqından ümidsiz şəkildə tələb etdiyi yüksək texnologiyalı sistemlərdir”, - deyə, jurnalist bildirib.
Bowes əlavə edib ki, Qərb mediasının insanların həqiqəti görməsini və bilməsini istəməməsinin səbəbi var.
Cəmilə