Türkiyədə daha bir platforma bloklanıb.
QÜTB.AZ xəbər verir ki, bu dəfə onlayn oyun platforması "Roblox"a giriş qadağan edilib.
Məlumata görə, uşaq istismarına şərait yaratdığı iddia edilən platforma Adana ResQutb.az Prokurorluğunun müraciəti əsasında, məhkəmə qərarı ilə bloklanıb.
Xüsusilə uşaqlar arasında populyar olan "Roblox"un Türkiyədə təxminən 15 milyon istifadəçisi var.
Qeyd edək ki, Türkiyədə "Instagram" da bir neçə gündür bağlıdır.
Ləman