01.01.25 | Bakı 3.03° C |
10:06:25
Lent :

Türkiyə iqtisadiyyatı belə böyüyür: Rəqəmlər açıqlandı

31 may 2024 11:00
GÜNDƏM
ads
Advertisement

Türkiyə Statistika Təşkilatı (TÜİK) Türkiyə iqtisadiyyatının 1-ci rüb artım məlumatlarını açıqlayıb. Müvafiq olaraq, 2024-cü ilin birinci rübündə Ümumi Daxili Məhsul (ÜDM) 5,7% artıb.

Publika.az xəbər verir ki, Xəzinə və maliyyə naziri Mehmet Şimşək bu barədə rəsmi sosial media hesabında açıqlamalar verib. O, böyümə rəqəmlərini qiymətləndirib:

"Yüksək texnologiyalı istehsalda yüzdə 21 artım əlavə dəyər artımı üçün ümidvericidir. Məqsədlərimizə doğru qərarlı addımlar atırıq. Mövsümi təsirlərdən təmizlənmiş işsizlik nisbəti isə son 44 rübün ən aşağı səviyyəsi olan 8,7 faizə düşüb. Proqramımız sayəsində balanslaşdırılmış artım tərkibi, cari əməliyyatlar hesabının kəsirinin azalması, gözləntilərin yaxşılaşması və xarici resurs axınının sürətlənməsi inflyasiyanın azalmasına əhəmiyyətli töhfə verəcək”.

ÜDM-i təşkil edən fəaliyyətlər 2024-cü ilin ilk rübündə bir əvvəlki ilə görə, tikinti sektorunda ümumi əlavə dəyər 11,1%, informasiya və rabitə fəaliyyəti 5,5%, peşə, inzibati və yardımçı xidmət fəaliyyəti 5,0%, sənaye 4,9%, kənd təsərrüfatı 4,6%, xidmətlər 4,3%, dövlət sektorunun idarə edilməsi, təhsil, insan sağlamlığı və sosial xidmət sahəsində 3,3%, digər xidmət sahələri 2,8%, daşınmaz əmlak fəaliyyəti 2,5%, maliyyə və sığorta fəaliyyəti isə 2,0% artıb.

Roza Şəfiyeva


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
3.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur