11.03.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

Lebrona təklif olunan ağlasığmaz məbləğ

09 apr 2024 05:00
İDMAN
ads
Advertisement

Şimali Amerikalı jurnalist və analitik Qreq Şvarts Lebron Ceymsin “Los Angeles Lakers” ilə növbəti müqaviləsi ilə bağlı məlumatları dərc edib.


Qütb.az xəbər verir ki, o, Lebronun bu müqaviləyə görə nə qədər qazanacağını da açıqlayıb.


“Ceymsin “Lakers”də qalmaq üçün üç illik 162 milyon dollarlıq müqavilə imzalamaq imkanı var. Üç il, 38 yaşdan yuxarı oyunçular üçün qayda ilə icazə verilən maksimumdur.


Lebron azad agent kimi getsə, “Lakers”in titul ümidlərini özü ilə aparacaq. Antoni Deyvisin keçən yay “Los Angeles” ilə üç illik 177 milyon dollarlıq müqavilə imzalamasından sonra Ceymsin də maksimum müqavilə imzalayacağı gözlənilir”, – deyə jurnalist yazıb.


Qeyd edək ki, bu mövsüm Lebron Ceyms 68 matçda iştirak edib. Onun hər oyunda orta göstəricisi 25,4 xal, 8,2 asist və 7,2 ribaunddur.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
148 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur