29.04.24 | Bakı 15.03° C |
08:04:58
Lent :

Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI

16:00 29.03.2024
GÜNDƏM
ads

Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr üzrə müəyyən edilən maaşlar artırılır.

Publika.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, həqiqi dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi üzrə müəyyən edilən maaş 60 manatdan 200 manata, 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi üzrə müəyyən edilən maaş 54 manatdan 180 manata, 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi üzrə müəyyən edilən maaş 51 manatdan 160 manata, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri (3-cü dərəcəli dövlət ədliyyə müşaviri) xüsusi rütbəsi üzrə müəyyən edilən maaş 48 manatdan 145 manata, baş vergi xidməti müşaviri (baş ədliyyə müşaviri) xüsusi rütbəsi üzrə müəyyən edilən maaş 45 manatdan 130 manata, vergi xidməti müşaviri (ədliyyə müşaviri) xüsusi rütbəsi üzrə müəyyən edilən maaş 42 manatdan 115 manata, kiçik vergi xidməti müşaviri (kiçik ədliyyə müşaviri) xüsusi rütbəsi üzrə müəyyən edilən maaş 39 manatdan 100 manata, 1-ci dərəcəli müfəttiş (1-ci dərəcəli hüquqşünas) xüsusi rütbəsi üzrə müəyyən edilən maaş 36 manatdan 80 manata, 2-ci dərəcəli müfəttiş (2-ci dərəcəli hüquqşünas) xüsusi rütbəsi üzrə müəyyən edilən maaş 33 manatdan 65 manata, 3-cü dərəcəli müfəttiş (3-cü dərəcəli hüquqşünas) xüsusi rütbəsi üzrə müəyyən edilən maaş 30 manatdan 55 manata qaldırılması təklif edilir.

Qeyd edək ki, qanun layihəsi Milli Məclisin bugünkü iclasında birinci oxunuşda qəbul edilib.


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    113 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    15.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az