15.05.24 | Bakı 14.03° C |
11:05:58
Lent :

Pakistanda böyük faciənin qarşısı alındı

08:00 29.04.2024
GÜNDƏM
ads

Pakistanın təhlükəsizlik qüvvələrinin Hayber-Paxtunxva əyalətində keçirdiyi əməliyyat nəticəsində azı iki terrorçu zərərsizləşdirilib.

Publika.az xəbər verir ki, bu barədə ölkənin Silahlı Qüvvələrinin ictimaiyyətlə əlaqələr xidməti xəbər yayıb.

Məlumata görə, təhlükəsizlik qüvvələri Dera İsmayıl-Xan dairəsində antiterror əməliyyatı keçirib. Onların hədəfi yaraqlıların sığınacaqlarından biri olub və bu barədə məlumat yerli təhlükəsizlik orqanları tərəfindən verilib.

Toqquşma nəticəsində iki ekstremist məhv edilib. Atışma zamanı hadisə yerindən terrorçuların Pakistan vətəndaşlarına qarşı istifadə etməyi planlaşdırdıqları silah, sursat və əldəqayırma partlayıcı qurğular götürülüb.


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    116 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    14.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az