10.05.24 | Bakı 17.03° C |
09:05:35
Lent :

Süni intellekt qədim yunan filosofunun dəfn olunduğu yeri tapdı

01:00 28.04.2024
GÜNDƏM
ads

Süni intellektdən elmi tədqiqatlarda istifadə maraqlı nəticələrə səbəb olur.

Publika.az xəbər verir ki, İtaliyanın Piza Universitetinin əməkdaşları Vezuvi vulkanının püskürməsi zamanı zərər görmüş papirusları araşdırıblar. Süni intellekt və yüksək ayırdetməli fotonların köməyi ilə kömürləşmiş lövhələrdə mindən çox söz oxunub.

Əvvəllər adi mikroskopla bu papirusları oxumaq mümkün deyildi. Süni intellekt üçünsə kömürləşmə çox ciddi çətinlik yaratmır. Ən maraqlı nəticə qədim dövrün məşhur yunan filosofu Platonun (e.ə. 428 – e.ə. 348) akademiyası və qəbri barədə dəqiq məlumatın əldə edilməsi olub.

Papiruslardan birində göstərilir ki, böyük filosof “Akademiya bağında” xüsusi ayrılmış yerdə dəfn olunub. Məzar Muzalar məbədinin yanında yerləşir.

Platonun eradan əvvəl 387-ci ildə təşkil etdiyi Akademiya qədim Yunanıstanın beyin mərkəzi hesab edilirdi. Bu məktəb Elladada çox sayda filosofun, astronomun, siyasətçinin yetişdirilməsinə kömək edib.


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    116 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    17.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az