31.12.24 | Bakı 5.03° C |
10:06:25
Lent :

Alla Puqaçova yaşadığı yeri təcili olaraq ​​tərk etdi

05 iyl 2024 11:00
GÜNDƏM
ads

Rusiya səhnəsinin keçmiş divası təcili olaraq Kiprdən ayrılır. Bunun səbəbləri var. 75 yaşlı Alla Puqaçova yaxın günlərdə Yurmalaya gələcək.

Publika.az xəbər verir ki, bu barədə "kp.ru"ya müğənninin keçmiş işçiləri məlumat verib.

“Alla bir neçə gündən sonra Yurmalaya gələcək. Artıq onun mənzili hazırlanıb - kirayədə qaldığı ev qaydaya salınıb. Bundan əlavə, ev indi videomüşahidə və təhlükəsizlik sistemi ilə təchiz olunub”, - nəşr yazır.

Bildirilir ki, Puqaçova əvvəlcə uşaqları (10 yaşlı əkizlər Yelizaveta və Harri Qalkin), daha sonra isə xarici agent kimi tanınan əri ilə gələcək. Puqaçova əlavə təhlükəsizlik işçiləri götürüb.

Puqaçova və ailəsi avqustun ortalarına qədər Baltikyanı ölkələrdə qalacaq, çünki xarici agent kimi tanınan Maksim Qalkin kiçik şəhər və kəndlərə, eləcə də bir neçə müxtəlif yerlərə qastrol səfərləri planlaşdırır. O, avqustun 16-dək ümumilikdə 8 konsert verəcək.

Qeyd edək ki, Kiprin Limassol şəhərində indi kölgədə temperatur +30°C-ə çatır, Yurmalada isə günəşdə təxminən +20°C-dir. Məhz buna görə də Alla Puqaçova bir neçə ildir ki, yayın ən isti dövründə rahat qalmaq üçün Latviyanı seçir. Yaxınlıqda onun rusofob rəfiqəsi Laima Vaikule yaşayır və böyük endirimlə ev kirayələmək imkanı da var. Lakin köçün əsas səbəbi bir çox ürək xəstələri və hipertansif xəstələr kimi Alla Puqaçovanın istiyə yaxşı dözməməsidir.

Adəm


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
5.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur