Dünyada tütündən istifadənin azaldılması istiqamətində aparılan səylər öz bəhrəsini verib. ÜST 150 ölkənin tütündən istifadəni azaltdığını açıqlayıb.
Publika.az xəbər verir ki, ÜST 2022-ci ildə tütünün azaldılması səylərinin sürətləndiyini və dünyada tütündən istifadə nisbətinin azaldığını bəyan edib. Son hesablamalara görə, dünyada 1,25 milyard yetkin tütün istifadəçisi var. 2022-ci ildəki tendensiyalar bütün dünyada tütündən istifadə nisbətlərinin davamlı olaraq azaldığını göstərir. 2000-ci ildə hər 3 nəfərdən 1-i ilə müqayisədə, indi dünyada təxminən hər 5 yaşlıdan 1-i siqaret çəkir.
Hesabatda göstərilir ki, 150 ölkə tütündən istifadəni uğurla azaldıb. Braziliya və Hollandiya MPOVER (tütünə tələbatın azaldılmasına yönəlmiş siyasət paketi) adlı tütünə qarşı mübarizə tədbirlərini həyata keçirdikdən sonra uğur qazanırlar. Braziliya 2010-cu ildən bəri 35 faiz azalma əldə edib, Niderland isə 30 faizlik hədəfə çatmaq ərəfəsindədir.
Aysel