Metroda sərnişinlərlə mübahisə edən qadını lentə almağa çalışan gənc qız hücuma məruz qalıb.
Publika.az xəbər verir ki, hadisə ötən gün Türkiyənin Osmangazi rayonunda baş verib.
Əldə edilən məlumata görə, Sibel Ç. adlı qadın sərxoş vəziyyətdə metroya minib.
O, vaqonda olan sərnişinlərlə mübahisə etməyə başlayıb və hər kəsi təhqir edib. Bundan narahat olan gənc qız həmin anları lentə alıb. Bunu görən sərxoş qadın gənc qıza hücum edib. Özünü qorumağa çalışan qız vaqondan düşüb və polisə şikayət edib.