“Barselona”sı 2024-cü ilin yayında “Mançester Yunayted”in qalmaqallı hücumçusu Meyson Qrinvudu almaq istəyir.
Publika.az xəbər verir ki, bu barədə Britaniyanın “The Sun” nəşri məlumat yayıb.
Mənbə qeyd edir ki, ispan nəhəngi 22 yaşlı futbolçu üçün 40 milyon funt-sterlinq təklif etməyə, həmçinin ona uzun müddətdir Lionel Messiyə məxsus olan əfsanəvi 10 nömrəni verməyə hazırdır. “Barselona”nın heyətində 10 nömrə geyinən sonuncu futbolçu hazırda “Brayton”da icarə əsasında çıxış edən Ansu Fati olub.
Bu mövsüm Meyson Qrinvud “Xetafe”nin heyətində (bu klubda icarə əsasında çıxış edir) La Liqada 14 matçda 3 qol vurub və 4 məhsuldar ötürmə edib.
Bundan əvvəl Meyson Qrinvudun Yamayka millisində oynaya biləcəyi bildirilirdi. Məişət zorakılığı qalmaqalından sonra onun İngiltərədəki idman karyerası çox güman ki, bitib.