Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsinin "Sədərək” gömrük postunda Türkiyədən İrana gedən yük maşınında patron aşkar edilib.
Publika.az Komitəyə istinadən xəbər verir ki, görə, Azərbaycan ərazisindən tranzit keçən yük nəqliyyat vasitəsi stasionar rentgen qurğusunda yoxlamaya cəlb olunub.
Müşahidə monitorunda şübhəli təsvirlərin görülməsi səbəbindən yük nəqliyyat vasitəsində aparılan əsaslı yoxlama zamanı kabinin müxtəlif yerlərindən ov silahı üçün 250 ədəd patron aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.