ABŞ-da 2024-cü il noyabrın 5-də keçiriləcək prezident seçkiləri üçün yarışa start verilib. Ənənəvi olaraq Ayovada başlayan ilkin seçki prosesində respublikaçı namizədlər üz-üzə gəlib. Bu görüşün qalibi ABŞ-ın keçmiş prezidenti Tramp olub.
Publika.az xəbər verir ki, ABŞ-da ənənəvi olaraq prezident seçkiləri yarışının başladığı Ayova ştatında Respublikaçı namizədləri qarşı-qarşıya qoyan ilkin seçkilərdə səslərin hesablanması prosesi sona yaxınlaşarkən, səsvermə qutularının yüzdə 91-i açılıb.
Qeyri-rəsmi nəticələrə görə, Tramp Ayova ştatında qalib gələrək rəqibləri, ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heyli və Florida ştatının qubernatoru Ron DeSantisi geridə qoyub. Heyli və DeSantisin ikinci yer tutmaq üçün yekun nəticələri gözlədikləri bildirilir. İlkin nəticələrə görə, Tramp bu ştatda 51 faizdən çox səs toplayaraq yarışın qalibi elan edilib. DeSantis 21 faiz, Haley isə 19 faiz səs toplayıblar.
Aysel Şahmar