Şabran Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib.
QÜTB.AZ xəbər verir ki, qeyd olunan tədbirlər zamanı polis əməkdaşları tərəfindən 3 ədəd tüfəng təhvil götürülüb.
Bundan başqa polis əməkdaşları ərazidə xidmət apararkən 1 ədəd ov tüfəngi aşkar edərək götürüblər.