Sosial şəbəkələrdə Sabirabadda şəxsin azyaşlıya qarşı hüquqazidd hərəkətləri ilə bağlı prosessual tədbirlər görülür.
Qutb.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, görüntülərdəki şəxs, Sabirabad rayonu Qaratəpə kənd sakini 64 yaşlı Mərdan Hüseynov polis əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb olunub.
Fakta görə rayon polis şöbəsində cinayət işi başlanıb, M.Hüseynov həbs edilib.
Fakta görə başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
***
16:33
Sabirabad rayonunda azyaşlıya qarşı əxlaqsız hərəkət etməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
Qutb.az-ın əldə etdiyi məlumata görə, sosial şəbəkələrdə və xəbər portallarında yayılan görüntülərlə bağlı Sabirabad Rayon Polis Şöbəsində dərhal araşdırmalara başlanılıb. Həmin görüntülərdə əks olunan şəxsin Qaratəpə kənd sakini, 64 yaşlı M.Hüseynov olduğu müəyyən edilib və o, polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir. Həmin şəxsin törətdiyi əməllərə hüquqi qiymət verilməsi üçün müvafiq tədbirlər görülür.