Qəzza zolağında öldürülənlərin sayı 25 min 105-ə yüksəlib.
Publika.az xəbər verir ki, bununla bağlı anklavın Səhiyyə Nazirliyi açıqlama yayıb.
Bildirilib ki, xəsarət alanlarda isə bu rəqəm 62 min 681-ə çatıb.
Məlumatda dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin tibb qruplarının və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi vurğulanıb.