29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

8 Noyabr: Zəfər Günü ilə başlanan yoldan yeni reallıqlara... - ŞƏRH 


08 noy 2024 12:59
GÜNDƏM
ads
Advertisement

"Zəfər günü Azərbaycanın müasir tarixinin ən möhtəşəm günü kimi qəbul olunur. 8 Noyabr Azərbaycan tarixinin ən şərəfli günlərindən biri olmaqla, 30 illik işğala son qoydu və  böyük dövlətlərin Qafqazda  Azərbaycan üzərindən həyata keçirmək istədikləri planlara zərbə vurdu".


Bu sözləri Qutb.az-a açıqlamasında politoloq Oqtay Qasımov söyləyib. Politoloq deyir ki, məhz bu gün qəhrəman Azərbaycan Ordusu erməni işğalçılarından Şuşanı azad etməklə savaşın taleyini həll etdi və erməni ordusu üzərində həlledici qələbə qazanıldı:

"Bununla da Ermənistan kapitulyasiya aktına qol çəkdi. Şuşanın işğaldan azad olunması ilə Azərbaycan torpaqlarının işğaldan azad olunması prosesi yekunlaşmağa doğru getdi. Zəfər günü bizim gələcəkdə bir günlük antiterror əməliyyatları nəticəsində ərazi bütövlüyümüzün tam təmin olunması, suverenliyimizin bərpa olunması ilə yekunlaşdı. Zəfər günü Azərbaycanın 30 ildən bəri əl-qoluna vurulmuş buxovları qırdı. Dövlətimiz bölgədə yeni reallıqlar yaratdı və Azərbaycan torpaqlarının uzun müddətdən bəri işğal altında qalmasına yardım edən, bunun legitimləşməsini istəyən qüvvələri də özünün yaratdığı yeni reallıqlarla barışmağa məcbur etdi. Uzun müddət Şuşaya getmək istəməyən bəzi ölkələrin səfirləri də artıq Şuşaya səfər etməklə bu reallıqları artıq qəbul etdilər".




Şərhçinin sözlərinə görə, Azərbaycan bundan sonra məhz Zəfər günü ilə başlanan yolla dünyada özünün beynəlxalq imicini yüksəltdi:


"Azərbaycan artıq bölgənin lider ölkəsinə çevrilməklə öz maraqları ilə digər qüvvələri hesablaşmağa məcbur edir. Zəfər günü nəticəsində artıq "Böyük Qayıdış" proqramı həyata keçirilir, 20 minə yaxın soydaşımız Laçın, Şuşa, Xocalı, Zəngilan, Cəbrayıl, Füzuli və digər işğaldan azad olunan ərazilərimizə köçməyə başlayıb. Zəfər günü ilə yekunlaşan bu savaş həm də Azərbaycanın bir çox məsələlərdə ön plana çıxmasına imkan yaratdı. Belə ki, Azərbaycan "Yaşıl" enerjiyə keçidlə bağlı ciddi addımlar atmaqdadır. Bu ərazilərdə 30-a yaxın hidroelektrik stansiyası tikilməklə, o cümlədən, günəş, külək enerjisi istehsal edəcək stansiyaların tikilməsi ilə bağlı layihələr həyata keçirilir. Artıq böyük infrastruktur layihələri həyata keçirilir ki, bunlar beynəlxalq miqyaslı layihələrdir. Orta dəhlizin əsas komponenti də məhz azad olunmuş ərazilərdən keçəcək. Eyni zamanda Zəngəzur dəhlizinin açılması ilə bağlı artıq Azərbaycan tərəfi öz üzərinə düşən işləri də yerinə yetirməkdədir".


Teglər
Müəllif : Aynur Babayeva
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur