07.04.25 | Bakı 11.03° C |
10:06:25
Lent :

Ümit Uysal CHP Başqanlığına namizədlikdən ÇƏKİLDİ

06 apr 2025 14:00
DÜNYA
ads

Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyası (CHP) daxilində başqanlıq uğrunda mübarizə davam edərkən, namizədlərdən biri olan Antalya Böyükşəhər Bələdiyyəsinin sabiq başçısı Ümit Uysal gözlənilməz bir qərarla namizədliyini geri çəkdiyini elan edib.

 

Qutb.az xəbər verir ki, Uysal açıqlamasında partiyasını zəiflətməmək məqsədilə səbəbləri ictimaiyyətlə bölüşmədiyini bildirib:


"Partiyamı yıpratmamaq üçün burada detalları açıqlamayacağım səbəblərlə namizədliyimi davam etdirməmə qərarı verdim."

 

Bununla yanaşı, Uysal CHP sıralarındakı siyasi fəaliyyətini davam etdirəcəyini və partiyasının uğuru üçün çalışacağını vurğulayıb:


"CHP üçün mübarizəm ən güclü şəkildə davam edəcək. Birləşə-birləşə qalib gələcəyik".

 

Qeyd edək ki, Uysal CHP daxilində yenilənmə və demokratikləşmə çağırışları ilə önə çıxan simalardan biri kimi tanınır. Onun bu qərarı partiya daxilindəki balanslara və başqanlıq yarışına necə təsir edəcəyi maraqla gözlənilir.

Teglər
Müəllif : Sadıq Abdullayev
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
11.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur