Rusiyanın Kamçatka diyarında 5 bal gücündə zəlzələ baş verib.
QÜTB.AZ Trend-ə istinadən bildirir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsi bildirib.
Məlumata əsasən, zəlzələnin ocağı 96 km dərinlikdə yerləşib. Yeraltı təkanları episentri Petropavlovsk-Kamçatski şəhər dairəsində 78 km cənub-şərqdə, Avaça körfəzinin sularında olub
Bildirilib ki, xəsarət alanlar və dağıntılar qeydə alınmayıb. Sunami təhlükəsi elan edilməyib.