05.02.25 | Bakı 8.03° C |
10:06:25
Lent :

Bir çox ölkələrin sərhədləri dəyişəcək, bəziləri yox olacaq

01 fev 2025 15:00
DÜNYA
ads

“ABŞ prezidenti Donald Trampın dövründə bir çox ölkələrin sərhədləri dəyişə, bəziləri isə tamamilə yox ola bilər”.

QÜTB.AZ xəbər verir ki, bunu “RİA Novosti”-yə müsahibəsində beynəlxalq münaqişələr üzrə ekspert, rusiyalı politoloq Yevgeni Mixaylov deyib.

“Donald Trampın ABŞ prezidenti vəzifəsinə gəlişi bütün beynəlxalq vəziyyəti kökündən dəyişəcək. Üstəlik, onun rəhbərliyi altında bir çox dövlətlərin sərhədlərinin dəyişməsi, bəzilərinin isə tamamilə yoxa çıxması mümkündür”, - deyə o bildirib.

Mixaylov xatırladıb ki, Tramp administrasiyası artıq ABŞ-ın Qrenlandiyaya, Panama kanalına iddialarını elan edib.

ABŞ ordusunun keçmiş kəşfiyyatçısı Skot Ritter isə Trampın Meksikada kartellərə qarşı mübarizənin iki ölkə arasında hərbi əməliyyatlarla nəticələnə biləcəyini bildirib.

Onun sözlərinə görə, Pentaqonun yeni rəhbəri “çox aqressivdir” və ictimaiyyət hesab edir ki, ABŞ-da xüsusi təyinatlılar milli maraqları müdafiə etmək üçün istənilən inkişafa hazırdırlar.

Roza

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
141 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
8.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur