Mineralnıye Vodıda keçirilən XII Rusiya-Azərbaycan regionlararası forumu çərçivəsində bir sıra ikitərəfli sənədlər (memorandum və investisiya əməkdaşlığı ilə bağlı sazişlər) imzalanıb.
Publika.az xəbər verir ki, imzalanma mərasimi plenar iclasın yekunları üzrə iki ölkənin baş nazirinin müavinləri Şahin Mustafayev və Aleksey Overçukun iştirakı ilə keçirilib.