BMT-nin Baş katibi Antoniu Quterreş Ekvadordakı vəziyyətdən son dərəcə narahatdır və zorakılıq hadisələrini pisləyir.
Publika.az xəbər verir ki, bu barədə onun rəsmi nümayəndəsi Stefan Düjarrik brifinqdə bildirib.
“Baş katib ölkədəki vəziyyətin pisləşməsindən və bunun ekvadorluların həyatına vurduğu dağıdıcı təsirdən son dərəcə narahatdır. Baş katib cinayətkar zorakılıq aktlarını qətiyyətlə pisləyir və Ekvador xalqı ilə həmrəy olduğunu bildirir”, - deyə o qeyd edib.
Düjarrik əlavə edib ki, səhər Quterreş Ekvadorun dünya təşkilatındakı daimi nümayəndəsi ilə telefon danışığı aparıb.