24.10.25 | Bakı 15.03° C |
10:06:25
Lent :

"Bura mənim evimdir" filminin təqdimatı keçirilib

24 okt 2025 20:00
GÜNDƏM
ads

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Cəbrayıl şəhərindəki Mehdi Mehdizadə adına tam orta ümumtəhsil məktəbində “Zəfərin 5-ci ili: Böyük Qayıdışın addımları” adlı fotosərgi və “Bura mənim evimdir” filminin təqdimatı keçirilib.

 

Dövlət Komitəsindən Qutb.az-a bildiriblər ki, tədbir iştirakçıları əvvəlcə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması prosesini və “Böyük Qayıdış”ın rəmzi əhəmiyyətini əks etdirən fotoşəkillərdən ibarət sərgiyə baxıblar.

 

Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov və Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmisi Aqil Qurbanov çıxış edərək, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən “Böyük Qayıdış”ın Böyük Qayıdışın əhəmiyyəti və bu prosesin gələcək inkişafı barədə danışıblar. Azərbaycan Fotoqrafları Birliyinin təsisçisi Mirnaib Həsənov və birliyin sədri Amira Süleyman sərgidə əsərləri sərgilənən peşəkar və həvəskar fotoqrafların “Böyük Qayıdış”ı uğurla işıqlandırdıqlarını, fotosalnamənin yaradılmasına töhfə verdiklərini qeyd ediblər.

 

Çıxışlarda, həmçinin Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun Vətən müharibəsində qazandığı Qələbənin əhəmiyyətindən, Cəbrayılın işğaldan azad edilməsi uğrunda mübarizədə əsgər və zabitlərimizin göstərdikləri qəhrəmanlıqdan, şanlı Zəfərin davamı olaraq həmin ərazilərdə aparılan bərpa-quruculuq işlərindən və hazırda uğurla həyata keçirilən “Böyük Qayıdış”dan ətraflı söhbət açılıb. Yenidən tikilən Cəbrayıl şəhərində sakinlərin doğma yurda geri dönüşün sevincini yaşadıqları, onlara burada rahat və təhlükəsiz həyat şəraiti, iqtisadi fəaliyyətə reinteqrasiya imkanlarının yaradıldığı qeyd edilib.

 

Sonra Dövlət Komitəsinin hazırladığı "Bura mənim evimdir" filmi nümayiş olunub.

 

Filmdə ABŞ-ın Nyu-Cersi ştatında doğulsa da, ürəyi həmişə babasının doğulduğu Cəbrayıl rayonunun Süleymanlı kəndinə bağlı olan Ceyhun Qarabağlının həyat hekayəsini və doğma yurdunun ziyarətinə gəlişini əks etdirir.

 

Qeyd edək ki, sənədli film, eyni zamanda, Türkiyənin İzmir şəhərində keçirilən 10-cu Beynəlxalq Ege Art qısa film festivalının mükafatına layiq görülüb.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
158 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
15.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur