30.12.24 | Bakı 6.03° C |
10:06:25
Lent :

Ermənilər başına bir milyon qoydu, oğlunun ad günündə şəhid oldu

13 iyn 2024 03:00
GÜNDƏM
ads

Vətən müharibəsi şəhidi polkovnik-leytenant Xeyrulla İbrahimov haqqında reportaj hazırlanıb.

Xeyrulla İbrahimov Birinci Qarabağ müharibəsi zamanı Laçının, Tərtərin, Cəbrayılın, Füzulinin, Qubadlının və Zəngilanın müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak edib. 1994-cü il martın 22-də Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi istiqamətində gedən döyüşlərdə yaralanıb, lakin bu barədə ailəsinə xəbər verməyib.

O, Vətən müharibəsi zamanı isə Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Ermənistan Ordusunun rəhbərliyi tərəfindən döyüş meydanında "Kobra" ləqəbi ilə tanınan Xeyrulla İbrahimovun öldürülməsi üçün pul mükafatı belə təyin edilmişdi.

Şəhidin anası Xalidə Zeynalova oğlu haqqında danışarkən onunla söhbətlərini xatırlayıb:

"Həmişə deyirdi ki, ana, mən artilleriyaçıyam, düşməndən 30 kilometr uzaqda oluram. Məni vura bilməzlər. O qədər arxayın idim ki, elə bilirdim, oğlumu heç kim vura bilməz".

X.İbrahimov oğlunun doğum günündə - 2020-ci ilin oktyabrın 26-da şəhid olub.

"Günorta saat 12 idi. Öz-özümə deyirdim ki, Xeyrulla heç zəng vurub oğlunu təbrik etmir. Axşam saat 9 olanda başa düşdüm ki, o yoxdur. Qızıma dedim ki, Xeyrulla çox diqqətcil idi. Anara zəng etmədisə, deməli, şəhid olub", - deyə şəhidin anası söyləyib.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur