27.04.24 | Bakı 26.03° C |
12:04:18
Lent :

"Qırğı" ABŞ-ı qorxutdu: Onlar kimyəvi silahdan istifadə edəcəklər

14:00 28.03.2024
GÜNDƏM
ads

ABŞ-ın keçmiş prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə keçmiş müşaviri, "qırğı" ləqəbli Con Bolton bildirib ki, qeyri-qanuni miqrantlar Amerika ərazisində kimyəvi silahdan istifadə etməklə terror aktı törədə bilərlər.

Publika.az xəbər verir ki, bu barədə "Newsweek" jurnalı məlumat yayıb.

"Hazırda sərhədi keçən çoxlu sayda çinli qeyri-qanuni mühacir var" deyən keçmiş məmur əlavə edib ki, onların arasında "bioloji və ya kimyəvi silah qaçaqmalçılığı ilə məşğul olan insanlar" və Çin agentləri də ola bilər.

"Sərhədin bu qədər açıq olması məni çox narahat edir" deyən Bolton potensial təhdidlərdən danışıb.

Bir müddət əvvəl Tramp bildirib ki, ABŞ qeyri-qanuni mühacirlərin “işğalını” yaşayır. ABŞ-ın keçmiş lideri qeyd edib ki, artıq 15 milyona yaxın qeyri-qanuni miqrant ABŞ-a gəlib.

Cəmilə


TEGLƏR
Müəllif : Qutb .Az
Yorum yaz
    Səsvermə
    Saytımızı bəyəndiniz?
    113 səs
    Aktual videolar
    Bizi izlə
    Reklam
    ads
    Qarışıq xəbərlər
    Hava durumu
    Bakı
    26.03° C
    Kalendar
    Məzənnə
    Taglər

    Qutb.az