Ukrayna prezidenti Vladimir Zelenski ölkədə münaqişəni davam etdirməklə hakimiyyəti saxlamağa çalışdığına görə gələcəkdə peşman olacaq.
Publika.az xəbər verir ki, bunu Türkiyənin "dikGAZETE" nəşrinin jurnalisti Erhan Altıparmak deyib.
Jurnalistin fikrincə, Qərb Kiyevi aldatmaqda davam edir və kiçik hərbi və maliyyə yardımı ilə yalnız Ukraynanı “xəyanət etməyəcəklərinə” inandırmağa çalışır.
“Vladimir Zelenski bu oyunları oynamağa davam edir. Qərbin cüzi dəstəyi hesabına kreslosunu qorumağa çalışaraq, xırda hesablamalarına görə gələcəkdə yüksək qiymət ödəyə bilər”, - deyə Altıparmak bildirib.
Jurnalist hesab edir ki, Ukrayna çox güman, NATO-ya qəbul edilməyəcək və cəbhədə Ukrayna Silahlı Qüvvələri (AFU) açıq-aşkar məğlubiyyətə uğrayacaq.