Dünya çempionatında bu ölkələrin bayraqları qadağan edildi
Sumqayıtda PRİUS QƏZASI - Ana və balanı...
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Ramazan ayının başlaması ilə bağlı fətva verib.
Qutb.az-ın məlumatına görə, Qazılar Şurasının fətvasında bildirilib ki, bu il Ramazan ayının 1-i miladi təqvimlə mart ayının 1-nə təsadüf edəcək.
Ramazan ayında Qədr (Əhya) gecələrinin hansı tarixlərə təsadüf edəcəyinə də aydınlıq gətirilib.
Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Ramazan ayına xüsusi təqvimində qeyd edilib.
Təqvimə əsasən, ilk Qədr gecəsi Ramazan ayının 18-dən 19-na keçən gecə (18 mart) təsadüf edəcək.
Bundan əlavə, Ramazan ayının 20-dən 21-nə keçən gecə (20 mart), Ramazan ayının 22-dən 23-nə keçən gecə (22 mart) və Ramazan ayının 26-dan 27-nə keçən gecə (26 mart) də Qədr gecələri olacaq.
İslam təqvimi ilə Şəvval ayının 1-i, yəni martın 30-da Ramazan (Fitr) bayramı qeyd olunacaq.