30.05.25 | Bakı 19.03° C |
10:06:25
Lent :

Qəbul imtahanının ikinci cəhdi - Qeydiyyat BAŞLADI

26 may 2025 14:00
GÜNDƏM
ads

Bu gündən I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının 2-ci cəhdinə qeydiyyat başlayıb.

Qutb.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, qəbul imtahanlarının II cəhdində iştirak etmək istəyən abituriyentlər 26 may-8 iyun tarixlərində DİM-in müvafiq internet səhifəsinə daxil olaraq qeydiyyatdan keçə bilərlər. 8 iyun saat 23:59-a qədər qeydiyyatdan keçməyən abituriyentlər II cəhd imtahanlarına buraxılmayacaqlar.

Qeyd olunub ki, II və III ixtisas qrupları üzrə 6 iyul, I və IV ixtisas qrupları üzrə 13 iyul, coğrafiya fənni üzrə əlavə imtahan isə 13 iyul tarixlərində qəbul imtahanının II mərhələsinin 2-ci cəhd imtahanı keçiriləcək.

Məlumat üçün bildirək ki, qəbul imtahanlarının II mərhələsinin 2-ci cəhdində iştirak üçün 40 manat ödəniş tələb olunur.

Xatırladaq ki, ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinin birinci cəhdi II və III ixtisas qrupları üzrə mayın 25-də baş tutub. I və IV qruplar üzrə isə imtahan iyunun 1-də keçiriləcək. İyunun 22-də isə III ixtisas qrupu üzrə həm DT, həm də TC altqrupunu seçən abituriyentlər üçün coğrafiya fənni üzrə əlavə imtahan baş tutacaq.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
19.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur